GUAM-da kibertəhlükəsizlik məsələləri müzakirə olunub

GUAM-da kibertəhlükəsizlik məsələləri müzakirə olunub İclasda Ukrayna tərəfinin hazırladığı Anlaşma Memorandumu layihəsi təqdim olunub
Xarici siyasət
16 Aprel , 2015 09:39
GUAM-da kibertəhlükəsizlik məsələləri müzakirə olunub

Bakı. 16 aprel. REPORT.AZ/ Aprelin 14-15-də GUAM katibliyində Ukrayna tərəfinin sədrliyi ilə İşçi qrupunun kibertəhlükəsizlik üzrə 2-ci iclası keçirilib. "Report" GUAM-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, iclasda təşkilata üzv dövlətlərin nümayəndə heyətləri iştirak edib. 

İştirakçılar kibertəhlükəsizlik probleminə dair məsələləri, o cümlədən milli qanunvericilik, operativ vəziyyət və bu sahədə informasiya mübadiləsi sahəsindəki problemləri müzakirə ediblər. İclasda Ukrayna tərəfinin hazırladığı Anlaşma Memorandumu layihəsi təqdim olunub.  

İşçi qrupunun növbəti iclası 2015-ci il oktyabr ayında Kiyevdə keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi