Azərbaycan insan alverinə qarşı mübarizədə tərəqqi əldə edib.
"Report" xəbər verir ki, bu barədə Avropa Şurasının İnsan Alverinə Qarşı Mübarizə üzrə Ekspertlər Qrupunun (GRETA) bu gün dərc olunan yeni məruzəsində bildirilib.
Qeyd olunub ki, insan alverinə qarşı mübarizə üzrə qanunvericilik, institusional və siyasi çərçivənin daha da inkişaf etdirilməsi, maarifləndirmənin aparılması və müvafiq mütəxəssislər üçün təlimlərin keçirilməsi kimi müəyyən sahələrdə tərəqqi əldə olunub. "Bundan başqa, Azərbaycan İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin kadr potensialını və maliyyə resurslarını gücləndirib. GRETA həmçinin insan alveri ilə bağlı məhkəmə işlərində çıxarılan hökm sayının artmasını alqışlayır", - məruzədə vurğulanıb.
Məruzədə bu istiqamətdə işlərin davam etdirilməsi tövsiyə edilib.