Bakı. 18 mart. REPORT.AZ/ Korrupsiyaya Qarşı Dövlətlər Qrupunun (GRECO) növbəti plenar iclası mart 20-dən 24-dək Strasburqda keçiriləcək.
"Report" xəbər verir ki, iclas zamanı Azərbaycan, Andorra, Fransa, Almaniya, Macarıstan, İrlandiya, Lixtenşteyn, Litva, Malta, Polşa, Rumıniya, Böyük Britaniya və Ukraynanın üzərlərinə düşən öhdəlikləri nə dərəcədə yerinə yetirdiklərinə baxılacaq.
İclas çərçivəsində, həmçinin GRECO-nun 2016-cı il üzrə fəaliyyəti haqqında ümumi hesabat təqdim edilməsi də planlaşdırılır.
Qeyd edək ki, GRECO 1999-cu ildə Avropa Şurası tərəfindən yaradılmış beynəlxalq təşkilatdır. Təşkilatın əsas məqsədi üzv ölkələrə korrupsiyaya qarşı mübarizədə yardım etməkdir. GRECO dövlətin fəaliyyətinə anti-korrupsiya standartları (tələbləri) müəyyənləşdirir və müvafiq təcrübələrə bu standartlar üzrə nəzarət edir.