Giorgi Marqvelaşvili: “Azərbaycanla Gürcüstan arasında əməkdaşlıq və strateji tərəfdaşlığın daha da güclənəcəyinə əminəm”

Giorgi Marqvelaşvili: “Azərbaycanla Gürcüstan arasında əməkdaşlıq və strateji tərəfdaşlığın daha da güclənəcəyinə əminəm” Gürcüstanın dövlət başçısı Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib
Xarici siyasət
24 Dekabr , 2016 14:57
Giorgi Marqvelaşvili: “Azərbaycanla Gürcüstan arasında əməkdaşlıq və strateji tərəfdaşlığın daha da güclənəcəyinə əminəm”

Bakı. 24 dekabr. REPORT.AZ/ Gürcüstanın Prezidenti Giorgi Marqvelaşvili Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. 

"Report" xəbər verir ki, məktubda deyilir:

"Sizi yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Bu əlamətdar gündə məmnunluq hissi ilə qeyd etmək istərdim ki, Sizin rəhbərliyiniz altında Azərbaycan Respublikası siyasi, iqtisadi və mədəni sahələrdə tərəqqi, rifah və uğurlar əldə edib.

Gürcüstan Sizin ölkənizlə dostluq əlaqələrinə böyük əhəmiyyət verir. Əminəm ki, ölkələrimiz arasında mövcud olan əməkdaşlıq, strateji tərəfdaşlıq və xalqlarımız arasındakı çoxəsrlik dostluq əlaqələri birgə səylərimiz nəticəsində daha da güclənəcək və dərinləşəcəkdir.

Bu xoş fürsətdən istifadə edərək Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyiniz üçün Sizə bir daha minnətdarlığımı bildirirəm.

Zati-aliləri, Sizə dərin ehtiramımı ifadə edərək xoşbəxtlik, möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə uğurlar diləyir, dost Azərbaycan xalqına isə sülh və rifah arzulayıram".

Son xəbərlər

Orphus sistemi