Giorgi Kvirikaşvili: “Azərbaycana səfərim çox uğurlu keçdi”

Giorgi Kvirikaşvili: “Azərbaycana səfərim çox uğurlu keçdi” “İkitərəfli əlaqələrimizin inkişafına dair bir sıra mühüm məsələləri müzakirə etdik”
Xarici siyasət
1 Sentyabr , 2016 09:21
Giorgi Kvirikaşvili: “Azərbaycana səfərim çox uğurlu keçdi”

Tbilisi. 1 sentyabr. REPORT. AZ/ “Bakıya səfərim çox səmərəli və məhsuldar keçdi”.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili söyləyib.

“Ölkələrimiz arasında çox mühüm strateji münasibətlər və xalqlarımız arasında çoxəsrlik dostluq əlaqələri var. Prezident İlham Əliyev və baş nazir Artur Rasi-zadə görüşlərimizdə ölkələrimiz arasında qədim dostluq münasibətlərimizin daha da dərinləşdirilməsi və ikitərəfli əlaqələrimizin inkişafına dair bir sıra mühüm məsələləri müzakirə etdik”, - G.Kvirikaşvili əlavə edib.

Baş nazir bildirib ki, Azərbaycan ilə Gürcüstan regionda strateji əhəmiyyət kəsb edən, çox əhəmiyyətli regional iqtisadi layihələr həyata keçirirlər: “Cənub Qaz Dəhlizi”, Cənubi Qafqaz qaz boru kəməri, Trans-Anadolu (TANAP) və Trans-Adriatik qaz boru kəməri (TAP) layihələrin, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin tikintisinin davam etdirilməsi, eləcə də digər layihələr barədə müzakirələr apardıq və mühüm razılaşmalarımız oldu”.

“Ona görə də deyə bilərəm ki, səfərim və ümumilikdə apardığımız danışıqlar bizim üçün çox əhəmiyyətli oldu” – deyə, baş nazir vurğulayıb.

Son xəbərlər

Orphus sistemi