​Gürcüstanın XİN rəhbəri: "Biz Azərbaycanla strateji əməkdaşlığı davam etdirəcəyik"

​Gürcüstanın XİN rəhbəri: "Biz Azərbaycanla strateji əməkdaşlığı davam etdirəcəyik" "İqtisadi münasibətlərə xüsusi diqqət yönəldiləcək"
Xarici siyasət
3 Sentyabr , 2015 03:19
​Gürcüstanın XİN rəhbəri: Biz Azərbaycanla strateji əməkdaşlığı davam etdirəcəyik

Bakı. 3 sentyabr. REPORT.AZ/ "Biz Azərbaycanla strateji əməkdaşlığı davam etdirəcəyik".

"Report" xəbər verir ki, bu barədə ənənəvi olaraq hər il diplomatlarla keçirilən görüş zamanı Gürcüstanın yeni təyin olunmuş xarici işlər naziri Georgi Kvirikaşvili bildirib.

O qeyd edib ki, region ölkələri ilə əməkdaşlığa daha çox diqqət ayrılacaq:

"Əsas diqqət iqtisadi münasibətlərə ayrılacaq ki, Gürcüstanın Qərb ölkələri ilə olan parlaq siyasi münasibətləri eyni səviyyədə iqtisadi münasibətlərdə də öz əksini tapsın. Bu əsas prioritet olacaq. Hazırda Böyük İpək Yolu layihəsinin icrası qarşıda duran ən mühüm öhdəliklərdən biridir. Bildiyiniz kimi, oktyabrda İpək Yolu Forumu Gürcüstanda keçiriləcək. Ölkəmizin tranzit potensialından tam olaraq istifadə etmək və regional enerji, həmçinin nəqliyyat layihələrində iştirak etmək  də prioritet məsələlərdən olacaq", - nazir əlavə edib.

Son xəbərlər

Orphus sistemi