Bakı. 12 iyun. REPORT.AZ/ "Ümid edirəm ki, Avropa Oyunlarının keçirilməsi zaman münaqişələrə son qoyacağıq. İdman yarışları münaqişələrin aparılmasından daha yaxşıdır".
"Report" xəbər verir ki, bu barədə Bakıda səfərdə olan Rusiya Federasiyası Kommunist Partiyasının sədri Gennadi Züqanov jurnalistlərə açıqlamasında bildirib.
"Şadam ki, I Avropa Oyunları Bakı kimi əfsanəvi şəhərdə keçirilir", - partiya sədri qeyd edib. O bildirib ki, birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi respublikanın inkişafının göstəricisidir.
G.Züqanov vurğulayıb ki, Bakıya səfəri zamanı Oyunlar üçün tikilən idman obyektləri ilə tanış olub.