Bakı. 17 mart. REPORT.AZ/ "Rusiya və Azərbaycan arasında münasibətlərin demək olar bütün səviyyələrində əməkdaşlıq və qarşılıqlı anlayışı mövcuddur".
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiyanın keçmiş baş nazirinin köməkçisi Gennadi Burbulis deyib.
"Rusiya və Azərbaycan arasında yaxşı və məqsədyönlü əlaqələr var", - G.Burbulis bildirib.
Onun sözlərinə görə, ölkə prezidentlərinin münasibətləri mükəmməl səviyyədədir.
"Demək olar bütün səviyyələrdə əməkdaşlıq və qarşılıqlı anlayış var. Biz sadəcə, bir-birimizə dəstək olacağımızı vəd etmirik, bunu reallıqda dövlət səviyyəsində də sübut etmək niyyətindəyik", - sabiq baş nazir köməkçisi vurğulayıb.