Gənclərlə iş üzrə nazir: “Tatarıstan ilə Azərbaycan arasında çoxillik əməkdaşlıq bağları mövcuddur”

Gənclərlə iş üzrə nazir: “Tatarıstan ilə Azərbaycan arasında çoxillik əməkdaşlıq bağları mövcuddur” “Tatarıstan Respublikası gələn il Azərbaycana təcrübə keçmək üçün mətbuat işçilərindən ibarət komanda göndərəcək”.
Xarici siyasət
14 dekabr 2022 10:35
Gənclərlə iş üzrə nazir: “Tatarıstan ilə Azərbaycan arasında çoxillik əməkdaşlıq bağları mövcuddur”

“Tatarıstan Respublikası gələn il Azərbaycana təcrübə keçmək üçün mətbuat işçilərindən ibarət heyət göndərəcək”.

Bunu “Report”a Rusiya Federasiyası Tatarıstan Respublikasının gənclərlə iş üzrə naziri Timur Süleymanov bildirib.

"Biz yaz aylarında mətbuat istiqaməti üzrə təcrübə keçməyi planlaşdırırıq. Hazırda mətbuat işçilərindən ibarət heyət bizim qonağımızdır, gələn il isə biz Bakıya, təxminən, 15 nəfərdən ibarət komanda göndərəcəyik", - nazir deyib.

Onun sözlərinə görə, Azərbaycan ilə Tatarıstan arasında çoxillik əməkdaşlıq bağları mövcuddur: "Bizim dostluğumuz müxtəlif institusional layihələrə əsaslanır. Məsələn, bizim Dostluq Evimiz var ki, orada Azərbaycandan olan komanda ən fəallardan biridir. Onlar Tatarıstan Respublikası xalqlarının Gənclər Assambleyasının tərkibinə daxildir”.

O əlavə edib ki, Azərbaycandan olan heyət hər il İƏT ölkələrinin gənc sahibkarlarının forumunda, eləcə də müxtəlif idman yarışlarında fəallığı ilə seçilir: “Biz Xalqlar Dostluğu Çempionatı keçiririk, burada Azərbaycan komandası həmişə təkcə güclü oyunçuları ilə deyil, həm də fəal azarkeşləri ilə fərqlənir”.

Son xəbərlər

Orphus sistemi