Yuxarı

​Gənclər üçün Təhsil Mərkəzinin rəhbəri Avropada görüşlər keçirir

Azərbaycanda keçiriləcək Birinci Avropa Oyunlarına dəstək və digər məsələlər müzakirə olunub

Bakı. 29 aprel. REPORT.AZ/ Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə Gənclərlə iş üzrə 2-ci Avropa Toplantısında iştirak edir. Bu barədə “Report”a Mərkəzin mətbuat xidmətindən məlumat verilib.

Belçikanın paytaxtı Brüssel şəhərində keçirilən toplantı çərçivəsində F.Həsənzadə Gənclər üçün Təhsil Mərkəzinin tamhüquqlu üzvü olduğu Avropa Gənclər Klubları Konfederasiyasının rəhbərliyi ilə görüş keçirib. Görüşdə Mərkəzin Konfederasiyanın fəaliyyətindəki rolu, birgə layihələr, habelə Azərbaycanda keçiriləcək Birinci Avropa Oyunlarına dəstək və digər məsələlər müzakirə olunub.

Qeyd edək ki, Konfederasiya Avropa məkanında ən aktiv beynəlxalq təşkilatlardan biridir. 20-dən artıq Avropa ölkəsinin təmsil olunduğu bu qurumun əsas məqsədi vətəndaş cəmiyyətinin inkişaf etdirilməsində gənclərin rolunu dəstəkləyən fəal gənclər təşkilatları arasında əməkdaşlığın gücləndirməsinə və qeyri-formal təhsilin inkişaf etdirilməsinə kömək etməkdir. Azərbaycan 2012-ci ildə qurumda təmsil olunmağa başlayıb, 2013-cü ildə isə tamhüquqlu üzv statusuna malik olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi