Gəncənin MDB-nin Mədəniyyət Paytaxtı seçilməsi ilə bağlı tədbirlər planı müzakirə olunub

Gəncənin MDB-nin Mədəniyyət Paytaxtı seçilməsi ilə bağlı tədbirlər planı müzakirə olunub Layihənin açılış mərasimi martın 18-də keçiriləcək
Xarici siyasət
17 Fevral , 2017 03:10
Gəncənin MDB-nin Mədəniyyət Paytaxtı seçilməsi ilə bağlı tədbirlər planı müzakirə olunub

Gəncə. 17 fevral. REPORT.AZ/ Gəncənin 2017-ci ildə MDB-nin Mədəniyyət Paytaxtı seçilməsi ilə bağlı tədbirlər planı müzakirə olunub.

Gəncə Şəhər İcra Hakimiyyətindən "Report"un Qərb bürosuna verilən məlumata görə, 2016-cı ilin sentyabr ayının 16-da Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən MDB Dövlət Başçıları Şurasının 25-ci yubiley sammitində Azərbaycanın Gəncə şəhəri 2017-ci il MDB-nin Mədəniyyət Paytaxtı elan olunub.

Nizami yurdunun 2017-ci ildə MDB-nin Mədəniyyət Paytaxtı seçilməsi ilə bağlı tədbirlər planı ictimaiyyət nümayəndələrinin iştirakı ilə müzakirə olunub. Tədbirdə çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev şəhərin MDB-nin Mədəniyyət Paytaxtı seçilməsinin Azərbaycanı, o cümlədən Gəncəni təmsil etmək, tarixi mədəni irsimiz, maddi və mənəvi dəyərlərimizin təbliği baxımından çox mühüm hadisə olduğunu bildirib. Milli mətbəximizin və geyimlərimizin, xalq yaradıcılığının, el sənətkarlığının ən gözəl nümunələrinin sərgilənəcəyini deyən şəhər rəhbəri qeyd edib ki, bu tədbirin beynəlxalq səviyyədə olmağı Gəncə ictimaiyyətinin üzərinə böyük vəzifələr qoyur.

Toplantıda bildirilib ki, Gəncənin MDB-nin Mədəniyyət Paytaxtı layihəsinin açılış mərasimi martın 18-də keçiriləcək. İlkin hazırlıq mərhələsinin birinci iclasında 107 nəfərdən ibarət olan qərərgahın üzvləri müəyyənləşdirilib və keçiriləcək 30-a yaxın tədbirə aid dəqiq tapşırıqlar verilib.

Qeyd edək ki, layihənin loqotipi isə fevralın 28-də keçiriləcək ikinci iclasda müsabiqə yolu ilə seçiləcək.

Son xəbərlər

Orphus sistemi