Yuxarı
    Bağlamaq

    Gələn ilin aprelində Bakıda keçiriləcək BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu ilə bağlı Təşkilat Komitəsi yaradılıb - SİYAHI

    Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb

    Bakı. 24 iyul. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Bakı şəhərində keçirilməsi ilə bağlı Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb.

    "Report"un məlumatına görə, sərəncamda bildirilir ki, 2014-cü il sentyabrın 26-da Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 69-cu sessiyası çərçivəsində BMT-nin Sivilizasiyalar Alyansı Dostlar Qrupunun Nazirlər Toplantısında Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun 2016-cı ildə Azərbaycan Respublikasının paytaxtında keçirilməsi barədə qərar qəbul edilmişdir.

    Tolerantlığın məkanı, multikultural ənənələrə sadiq müstəqil Azərbaycan mədəniyyətlərin dialoqunun inkişafına, mədəni müxtəlifliyin qorunub saxlanması və sivilizasiyalar arasındakı qarşılıqlı münasibətlərin tənzimlənməsinə yönəlmiş mühüm layihələrin, mötəbər forumların gerçəkləşdirilməsi sahəsində zəngin təcrübəyə malikdir.

    Dövlət başçısı Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Bakı şəhərində yüksək səviyyədə təşkilinin Azərbaycan dövlətinin beynəlxalq nüfuzunun daha da artırılmasında, Azərbaycan xalqının tarixi-mədəni irsinin geniş miqyasda tanıdılmasında əhəmiyyətini nəzərə alaraq qərara alıb ki, Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun 2016-cı il 25–27 aprel tarixlərində Bakı şəhərində keçirilməsi ilə bağlı aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılsın:

    Təşkilat Komitəsinin sədri

    Əbülfəs Qarayev – Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri

    Təşkilat Komitəsinin üzvləri

    Nadir Hüseynov – Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

    Oruc Zalov – Azərbaycan Respublikası daxili işlər nazirinin müavini

    Əli Şəfiyev – Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin müavini

    İlqar Fətizadə – Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini

    İltimas Məmmədov – Azərbaycan Respublikası rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini

    Firudin Qurbanov – Azərbaycan Respublikası təhsil nazirinin müavini

    İntiqam Babayev – Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini

    Elsevər Ağayev – Azərbaycan Respublikası səhiyyə nazirinin müavini

    Musa Pənahov – Azərbaycan Respublikası nəqliyyat nazirinin müavini

    Sevda Məmmədəliyeva – Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini

    Əsgər Abdullayev – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini

    Gündüz İsmayılov – Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini

    Sədaqət Qəhrəmanova – Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini

    Pərviz Musayev – Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin müavini

    Fərhad Tağızadə – Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini

    Samir Nuriyev – Azərbaycan Respublikası Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi

    Əfqan Şahmarov – Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin rəisi

    Arif Məmmədov – "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin vitse-prezidenti

    Adil Kərimli – Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini

    Vasif Eyvazzadə – Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, Təşkilat Komitəsinin katibi

    Təşkilat Komitəsinə Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Bakı şəhərində keçirilməsi ilə bağlı zəruri məsələləri həll etmək tapşırılıb. 

    Nazirlər Kabineti isə bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi