Yuxarı

Gələn il üçün beynəlxalq fəaliyyət və beynəlxalq təşkilatlara üzvlük haqqına görə xərclərin məbləği artırılıb

Ötən il bu vəsait 193.3 mln. manat olmuşdu

Bakı. 29 sentyabr. REPORT.AZ/ Azərbaycanda dövlət büdcəsində gələn il üçün beynəlxalq fəaliyyət və beynəlxalq təşkilatlara üzvlük haqqına təklif edilən xərclərin məbləği açıqlanıb. 

"Report"un məlumatına görə, 2017-ci il dövlət büdcəsi haqqında qanun layihəsində beynəlxalq fəaliyyət və beynəlxalq təşkilatlara üzvlük haqqı üçün ayrılması nəzərdə tutulan xərclərin miqdarı 237 mln. manat göstərilib.

Qeyd edək ki, 2016-cı il dövlət büdcəsi haqqında qanun layihəsində beynəlxalq fəaliyyət və beynəlxalq təşkilatlara üzvlük haqqına görə xərclərin məbləği 193.3 mln. manat olmuşdu. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi