Gələn il Azərbaycanın diplomatik nümayəndəliklərinə ayrılacaq vəsait açıqlanıb

Gələn il Azərbaycanın diplomatik nümayəndəliklərinə ayrılacaq vəsait açıqlanıb 2021-ci ilin dövlət büdcəsinin layihəsində beynəlxalq münasibətlər xərcləri üçün 274,3 milyon manat vəsait proqnozlaşdırılıb.
Xarici siyasət
21 Dekabr , 2020 14:03
Gələn il Azərbaycanın diplomatik nümayəndəliklərinə ayrılacaq vəsait açıqlanıb

Azərbaycanın gələn il üzrə dövlət büdcəsindən beynəlxalq münasibətlər üçün 274,3 milyon manat vəsait ayrılacaq.

“Report” xəbər verir ki, bu, 2021-ci il dövlət büdcənin layihəsində əksini tapıb.

Bildirilib ki, bu xərclərin 18,5 milyon manatı beynəlxalq və regional təşkilatlarla əməkdaşlıq (üzvlük haqqı) xərclərinə (BMT-nin Katibliyi, İslam Əməkdaşlıq Təşkilatı və onun qurumları, Müstəqil Dövlətlər Birliyinə (MDB), Avropa Şurası və onun qurumları, Birləşmiş Nüvə Tədqiqatları İnstitutu və digər təşkilatlar), 7,5 milyon manatı beynəlxalq və regional maliyyə institutları ilə əməkdaşlıq üzrə xərclərinə, 135,3 milyon manatı Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinin və konsulluqlarının saxlanması xərclərinə, 7,0 milyon manatı digər beynəlxalq fəaliyyətlə bağlı xərclərə, 10,0 milyon manatı Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinin və konsulluqlarının fəaliyyəti ilə bağlı digər xərclərə, 96,0 milyon manatı beynəlxalq, ölkə səviyyəli və bu qəbildən olan digər tədbirlərin keçirilməsi ilə bağlı xərclərə yönəldiləcək.

Son xəbərlər

Orphus sistemi