Gələn həftə Xəzərin hüquqi statusuna dair işçi qrupun iclası keçiriləcək

Gələn həftə Xəzərin hüquqi statusuna dair işçi qrupun iclası keçiriləcək Görüşdə Xəzər dənizinin dibinin bölüşdürülməsi məsələsi müzakirə olunacaq
Xarici siyasət
20 Yanvar , 2016 11:49
Gələn həftə Xəzərin hüquqi statusuna dair işçi qrupun iclası keçiriləcək

Bakı. 20 yanvar. REPORT.AZ/ Yanvarın 27-28-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində Xəzərin hüquqi statusuna dair Xəzəryanı dövlətlərin rəsmilərindən ibarət işçi qrupun iclası keçiriləcək.

"Report"un xəbərinə görə, bu barədə xarici işlər nazirinin müavini Xələf Xələfov məlumat verib.

X.Xələfov bildirib ki, Aşqabadda keçirilən görüşdə Xəzərlə bağlı açıq qalan bütün məsələlər razılaşdırılarsa, bu ilin sonunda Astanada (Qazaxıstan) Xəzər sammiti keçirilə bilər.

"Bu məsələ ilə bağlı əsas fikir ayrılığı Xəzərin dibinin bölüşdürülməsi və gəmiçiliklə bağlıdır", - nazir müavini əlavə edib.  

Son xəbərlər

Orphus sistemi