Gallup: Azərbaycan əhalisinin 21 faizi NATO-nu özü üçün müdafiə təşkilatı hesab edir

Gallup: Azərbaycan əhalisinin 21 faizi NATO-nu özü üçün müdafiə təşkilatı hesab edir Sorğu 2016-cı ildə telefon vasitəsi ilə aparılıb
Xarici siyasət
920
12 Fevral , 2017 01:22
Gallup: Azərbaycan əhalisinin 21 faizi NATO-nu özü üçün müdafiə təşkilatı hesab edir

Bakı. 12 fevral. REPORT.AZ/ Azərbaycan əhalisinin 21 faizi Şimali Atlantika Alyansını özlər üçün müdafiə təşkilatı hesab edir.

“Report” xəbər verir ki, bu barədə Amerikanın “Gallup” şirkətinin apardığı sorğunun nəticələri deməyə əsas verir.

Sorğu 2016-cı ildə telefon vasitəsi ilə aparılıb. Sorğuda hər ölkədən 15 yaşından yuxarı min nəfər iştirak edib. Yalnız Rusiyada 2 min nəfər sorğulanıb.

Rusların 67 faizi NATO-nu özləri üçün təhlükə hesab edir, yalnız 3 faizi ona müdafiə təşkilatı gözü ilə baxır.

Gürcüstan əhalisinin 37, Ermənistanın 8, Tacikistanın 8, Qırğızıstanın 19, Qazaxıstanın isə 25 faiz əhalisi NATO-nu müdafiə qurumu kimi qəbul edir.

Son xəbərlər

Orphus sistemi