Yuxarı
    Bağlamaq

    Gürcüstanın baş naziri Azərbaycana səfər edəcək

    İkigünlük səfər çərçivəsində iki ölkənin hökumət nümayəndə heyətləri arasında geniş tərkibdə görüşlər nəzərdə tutulub

    Bakı. 10 sentyabr. REPORT.AZ/ Sentyabr ayının 11-də Gürcüstanın baş naziri İrakli Qaribaşvili Azərbaycana rəsmi səfər edəcək. Report Gürcüstan baş nazirinin rəsmi saytına istinadən xəbər verir ki, Bakıda İ.Qaribaşvili ölkə rəhbərliyi ilə görüşlər keçirəcək. 

    İkigünlük səfər çərçivəsində iki ölkənin hökumət nümayəndə heyətləri arasında geniş tərkibdə görüşlər də nəzərdə tutulub.

    Baş nazirin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibinə XİN rəhbəri Maya Pancikidze, baş nazirin müavini, energetika naziri Kaxa Kaladze, maliyyə naziri Nodar Xaduri, kənd təsərrüfatı naziri Otar Daneliya, baş nazirin müşaviri Savalan Mirzəyev, deputatlar Zurab Tkemaladze və Mahir Dərziyev daxil olacaq. 

    Səfər sentyabr ayının 12-də başa çatacaq. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi