Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Türkiyədə yaşayan azərbaycanlılarla görüşüb - FOTO

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Türkiyədə yaşayan azərbaycanlılarla görüşüb - FOTO İstanbulda Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin Türkiyədə yaşayan azərbaycanlılarla görüşü keçirilib.
Xarici siyasət
22 Sentyabr , 2019 21:58
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Türkiyədə yaşayan azərbaycanlılarla görüşüb - FOTO
Foto: "Report"

İstanbulda Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin Türkiyədə yaşayan azərbaycanlılarla görüşü keçirilib.

"Report"un Türkiyə bürosunun xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun rəhbərliyi ilə keçrilən tədbirdə Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım, İstanbulda fəaliyyət göstərən Türkiyə-Azərbaycan dərnəklərinin rəhbərləri, bu ölkədə fəaliyyət göstərən elm və incəsənət xadimləri, media nümayəndələri iştirak ediblər.

Tədbirin açılışında Azərbaycanın Dövlət Himni səsləndirilib.

Toplantıda çıxıs edən F.Muradov həmvətənlərimizi salamlayıb, görüşdə müzakirə olunacaq məsələlər haqqında məlumat verib. Komitə sədri Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə dövlət başçısı İlham Əliyevin göstərişi ilə dünyada keçirilən tədbirlər, Azərbaycanın diaspor siyasəti və fəaliyyət istiqamətləri, bu istiqamətlərdə atılan addımlar, xaricdə yaşayan azərbaycanlıların şəbəkələşməsi, müasir onlayn platformalarda birləşərək daha mütəşəkkil fəaliyyətə nail olmaq zəruriliyi haqqında məlumat verib. Komitə sədri görüş çərçivəsində Türkiyədə yaşayan azərbaycanlıları narahat edən məsələlərin həlli istiqamətində zəruri adımların atılacağını deyib.

Diaspor Komitəsinin yaxın gələcəkdə Türkiyədə reallaşdıracağı layihələr haqqında məlumat verən F.Muradov həmvətənlərimizin bu layihələrin həyata keçirilməsindəfəallığının zəruriliyinə diqqət çəkib.

Toplantıda çıxış edən Türkiyə Böyük Millət Məclisinin üzvü Şamil Ayrım Azərbaycan-Türkiyə münasibətlərinin dünya dövlətləri üçün nümunə olduğunu bildirib. Ölkələr arasındakı yüksək səviyyəli əməkdaşlığı qeyd edən Şamil Ayrım Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin bu münasibətlərə xüsusi dəyər verməsi və onların inkişaf etdirilməsi istiqamətində əvəzsiz xidmətləri barədə danışıb. Ş.Ayrım prezident İlham Əliyevin qərarı ilə Türkiyə vətəndaşlarına tətbiq olunan viza sisteminin ləğvinin iki qardaş ölkə adına alqışa layiq addım kimi qiymətləndirib.

Tədbirdə Türkiyənin bəzi bölgələrində yaşayan ermənilərin vaxtaşırı məsuliyyətsiz bəyanatlarla çıxışlarına qarşı Azərbaycan diasporunun, eləcə də bütün türk dünyasının davamlı və sistemli fəaliyyətinin təşkili ilə bağlı müzakirələr aparılıb.

Sonra Azərbaycan Diasporuna Dəstək Fondunun iş prinsipləri haqqında məlumat verilib, fondun təqdimatı ilə bağlı videoçarx nümayiş etdirilib.

Tədbir çərçivəsində ilk Azərbaycan Demokratik Respublikasının qurucularının varislərinə "Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi (1918-2018)" medalı təqdim edilib, Türkiyədə yaşayan həmvətənlərimizin çıxışları dinlənilib, onları narahat edən problemlər ətrafında fikir mübadiləsi aparılıb.

Vüsalə Abbasova.

Son xəbərlər

Orphus sistemi