Fuad Axundov Ararat dağının "ermənilərin mədəni irsi" kimi YUNESKO-nun siyahısına salınması təklifini şərh edib

Fuad Axundov Ararat dağının "ermənilərin mədəni irsi" kimi YUNESKO-nun siyahısına salınması təklifini şərh edib Prezident Administrasiyasının sektor müdiri erməni deputatının təklifinin absurd olduğunu deyib
Xarici siyasət
26 Dekabr , 2014 19:28
Fuad Axundov Ararat dağının ermənilərin mədəni irsi kimi YUNESKO-nun siyahısına salınması təklifini şərh edib

Bakı. 26 dekabr. REPORT.AZ/ Azərbaycan Prezident Administrasiyasının sektor müdiri Fuad Axundov erməni parlamentinin deputatı Zarui Postandjyanın Ağrı (Ararat) dağın "ermənilərin qeyri-maddi mədəni irsi" kimi YUNESKO-nun siyahısına salınması təklifini şərh edib.

"Report"un xəbərinə görə, F.Axundov qeyd edib ki, erməni deputatı Z.Postandjyanın təklifi Bakıda "unikal elmi texnologiya - erməni tarixinin "yalan detektoru"ndan ibarət olan növbəti layihənin prezentasiyasından sonra səslənib.

"Bizim elmi metodika sayəsində Azərbaycan və regionun digər xalqlarının mədəni irsinin nümunələrinə qarşı erməni iddialarının qarşısını almaq olar", - sektor müdiri vurğulayıb.

Qeyd edək ki, regionun xalqlarının mədəni irsi ilə bağlı erməni iddialarının ifşa edilməsi üzrə layihə dekabrın 2-də "AZER-GLOBE" İctimai-Siyasi Tədqiqatlar İnstitutu yanında Qafqaz Tarixi Mərkəzi tərəfindən təqdimat edilib.

"Erməni ideoloqlarının hüquqi savadsızlığından başqa, hər hansı təbiət mənşəli obyektin "qeyri-maddi mədəni irs" kimi təqdim edilməsi fikri absurd görünür. Azərbaycan və ya Türkiyənin bayrağında ayparanın şəkili olduğundan, bu ölkələr tərəfindən göy cismi olan Ayın azərbaycanlıların qeyri-maddi mədəni irsi kimi siyahıya salınması müraciəti analoji görünərdi", - bu barədə Mərkəzin yaydığı məlumatda bildirilir. 

Son xəbərlər

Orphus sistemi