Fransua Olland: "Azərbaycan ilə Fransa arasında siyasi sahədə yaxşı əlaqələr var"

Fransua Olland: "Azərbaycan ilə Fransa arasında siyasi sahədə yaxşı əlaqələr var" "Biz qlobal səviyyədə təhdid olan və bizim də üzləşdiyimiz terrorizmə qarşı sülh axtarırıq"
Xarici siyasət
15 Mart , 2017 01:47
Fransua Olland: Azərbaycan ilə Fransa arasında siyasi sahədə yaxşı əlaqələr var

Bakı. 15 mart. REPORT.AZ/ "Azərbaycan ilə Fransa arasında bir çox sahələrdə, xüsusilə siyasi sahədə yaxşı əlaqələr var. Azərbaycanın regiondakı və regionun hüdudlarından kənardakı bütün tərəfdaşları ilə danışıqlar aparmaq sahəsindəki rolu bizə məlumdur. Bizim yeganə məqsədimiz sülhdür. Biz təkcə regionda deyil, eyni zamanda, qlobal səviyyədə təhdid olan və bizim də üzləşdiyimiz terrorizmə qarşı sülh axtarırıq".

"Report" xəbər verir ki, bunu Fransa Prezidenti Fransua Olland martın 14-də Parisdə azərbaycanlı həmkarı İlham Əliyevlə mətbuata bəyanatı zamanı bildirib.

"İqtisadi kontekstdə isə deyə bilərəm ki, bizim şirkətlər artıq Azərbaycanda fəaliyyət göstərir. Çalışırıq ki, bizim şirkətlər bu ölkədə sərmayə yatırsınlar, kontraktlar imzalayaraq əhalini lazımi təchizatla təmin etsinlər. Çox şadam ki, cənab Əliyevlə MEDEF şirkətləri arasında məhsuldar müzakirələr aparılıb. Bir çox kontraktların imzalanması barədə danışılıb, xüsusilə də “Thales lnternational” şirkəti ilə", - deyə o əlavə edib.

Prezident ətraf mühit sahəsində də əməkdaşlıq imkanlarından danışıldığını diqqətə çatdırıb:

"Paris Sazişinin həyata keçirilməsi üçün ekspertlərimizin mübadiləsini aparmalıyıq və bir neçə ekoloji problemləri həll etmək lazımdır - infrastruktur, bərpaolunan enerji və ətraf mühit üçün faydalı olan bütün vasitələrlə. Biz dövlət xidməti sahəsində də iki ölkə arasında möhkəm əlaqələrin olmasını istəyirik ki, bunun sayəsində bütün sahələrdə innovasiyaları tətbiq edək. Azərbaycan ilə Fransa arasında belə bir konsepsiya var ki, yeni texnologiyalar – rəqəmsal texnologiya iqtisadi inkişafa xidmət etsin".

"Mənim Bakıya səfərim zamanı biz təhsil sahəsində də əlaqələri genişləndirməyi müzakirə etmişdik. Bakıda Fransız məhəlləsində Fransız Liseyinin əsasını qoyduq. Bu layihə müvəffəqiyyətli oldu. Bu gün artıq Universitet səviyyəsində əməkdaşlığı inkişaf etdiririk və keçən ilin sentyabr ayında Azərbaycan-Fransız Universiteti açılıb. Bu da müvəffəqiyyətli olub, bir çox fransız universitetləri artıq əməkdaşlıq edirlər.

İndi digər iki mövzu barədə danışacağam. Birincisi, Azərbaycan ilə Avropa İttifaqı arasındakı danışıqların başlanmasıdır. Biz istəyirik qarşıya qoyulan məqsədlərə nail olunsun. Şərq Tərəfdaşlığı çərçivəsində Avropa bu danışıqlara başlayıb və Fransa bunu elə ilk gündən dəstəkləyir", - deyə Fransua Olland qeyd edib.

Son xəbərlər

Orphus sistemi