Fransız hüquqşünas: "Ermənistanın Gəncəni raket atəşinə tutması cinayətdir"

Fransız hüquqşünas: "Ermənistanın Gəncəni raket atəşinə tutması cinayətdir" "Gəncə müharibə zonasından uzaqdır"
Xarici siyasət
22 Aprel , 2021 18:35
Fransız hüquqşünas: Ermənistanın Gəncəni raket atəşinə tutması cinayətdir

"Gəncə şəhərinin raket atəşinə tutulması bizləri çox təəccübləndirdi".

"Report"un Qərb Mərkəzinin məlumatına görə, bunu fransız hüquqşünas Yassine Yakouti Gəncəyə səfəri zamanı jurnalistlərə açıqlamasında bildirib.

"Biz burada törədilən cinayətin şahidi olduq, bu mülki şəxslərə qarşı törədilən cinayətdir. Biz burda araşdırma aparacağıq, baş vermiş olayları daha da dərindən öyrənəcəyik. Gəncə müharibə zonasından uzaqdır. Bizi də təəccübləndirən məsələ budur ki, niyə Gəncə şəhəri raket atəşinə tutulub", - o deyib.

Qeyd edək ki, fransalı hüquqşünaslar bir neçə gün Gəncə şəhərində olacaq və müharibə zamanı mülki şəxslərin həlak olduğu, yaralandığı ərazilərə baş çəkcəklər.

Son xəbərlər

Orphus sistemi