Fransanın yeni səfiri Azərbaycana oktyabrın 27-də gələcək

Fransanın yeni səfiri Azərbaycana oktyabrın 27-də gələcək Aureliya Buşe səlahiyyətlərinin icrasına etimadnaməni Azərbaycan prezidentinə təqdim etdikdən sonra başlaya biləcək
Xarici siyasət
22 Oktyabr , 2015 09:40
Fransanın yeni səfiri Azərbaycana oktyabrın 27-də gələcək

Bakı. 22 oktyabr. REPORT.AZ/ Fransanın Azərbaycana yeni təyin olunmuş səfiri Aureliya Buşe (Aurelia Bouchez) oktyabrın 27-də Bakıya gələcək. "Report" xəbər verir ki, A.Buşe səlahiyyətlərinin icrasına etimadnaməni Azərbaycan Prezidenti İlham Əliyevə təqdim etdikdən sonra başlaya biləcək.

Xatırladaq ki, onun sələfi Paskal Monyenin diplomatik missiyasının müddəti oktyabrda başa çatıb.

A.Buşe 2010-cu ilin aprelindən bəri Avropa İttifaqının Qazaxıstandakı nümayəndəliyinin rəhbəri olub. Daha öncəki illərdə isə o, NATO-nun regional, iqtisadi və təhlükəsizlik məsələləri üzrə baş katibinin köməkçisinin müavini kimi çalışıb.

A.Buşe fransız, ingilis, rus və alman dillərini bilir.

Son xəbərlər

Orphus sistemi