Yuxarı

​Fransanın Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyi Xədicə İsmayılovanın azad edilməsi ilə bağlı bəyanat yayıb

“Fransa bu xəbəri böyük məmnunluqla öyrəndi”

Bakı. 26 may. REPORT.AZ/ Fransanın Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyi jurnalist Xədicə İsmayılovanın azad edilməsi ilə bağlı bəyanat yayıb.

Fransanın Azərbaycandakı səfirliyindən “Report”a daxil olan bəyanatda deyilir:

“Fransa, Azərbaycan Respublikası Ali Məhkəməsinin jurnalist Xədicə İsmayılovanın cəza müddətinin azaldılması haqqındakı qərarından sonra azad edilməsi xəbərini böyük məmnunluqla öyrəndi. Xədicə İsmayılova 2015 – ci il sentyabrın 1-də məhkum edilmiş və ona şərti cəza verilmişdi. Bu yeni addım cari il aprelin 19-da Yunus cütlüyünün azad olunmasından sonra baş verir. Fransa Azərbaycanda hüquqi dövlətin möhkəmləndirilməsində yeni nailiyyətlər əldə olunmasını arzu edir”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi