Yuxarı

Sorbon Universitetinin Əbu Dabinin filialında SABAH proqramının professor-müəllim heyəti üçün təlimlər keçirilir

Tədbirdə səfir Daşqın Şikarov da iştirak edib

Bakı. 10 fevral. REPORT.AZ/ Paris Sorbon Universitetinin Əbu Dabi filialında 9-13 fevral tarixlərində Azərbaycan Təhsil Nazirliyinin yaratdığı SABAH (Savadlı, bacarıqlı və hazırlıqlı) proqramının professor-müəllim heyəti üçün təlimlər keçirilir.

Azərbaycanın BƏƏ-dəki səfirliyindən "Report"a verilən məlumata görə, təlimlərdə çıxış edən səfir Daşqın Şikarov SABAH proqramının iştirakçılarını salamlayaraq, məsuliyyətli fəaliyyətlərində müvəffəqiyyətlər arzu edib.

Səfir çıxışında təhsilin hər bir ölkə və xalqın gələcəyi olduğunu əsas tutaraq, qloballaşan dünyada keyfiyyətli təhsil sistemlərini və metodologiyaları mənimsəmək imkanlarının daha da genişləndiyini xüsusilə qeyd edib.

Tədbir bədii hissə ilə davam etdirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi