Fransanın Bakıdakı səfirliyində 25 il işləyən azərbaycanlı bu ölkənin Fəxri medalı ilə təltif edilib

Fransanın Bakıdakı səfirliyində 25 il işləyən azərbaycanlı bu ölkənin Fəxri medalı ilə təltif edilib Medalı Zemfira Quliyevaya Fransa səfiri təqdim edib
Xarici siyasət
14 Yanvar , 2017 00:18
Fransanın Bakıdakı səfirliyində 25 il işləyən azərbaycanlı bu ölkənin Fəxri medalı ilə təltif edilib

Bakı. 14 yanvar. REPORT.AZ/ Fransanın Azərbaycandakı səfirliyində 25 il fəaliyyət göstərən Zemfira Quliyeva bu ölkənin Xarici İşlər Nazirliyinin Fəxri medalı ilə təltif edilib.

"Report" xəbər verir ki, mükafatı cümə günü Fransanın Bakıdakı səfiri Aureliya Buşe təqdim edib.

Z.Quliyeva Fransa səfirliyinin protokol xidmətində 1992-ci ildən işləməyə başlayıb.

Səfir Azərbaycan və Fransa arasında bir sıra sahələrdə, xüsusilə də mədəniyyət sahəsində münasibətlərin inkişafında Z.Quliyevanın mühüm rolunu qeyd edib.

Fransa XİN-in fəxri medalını təqdim edən Aureliya Buşe qeyd edib ki, mükafat XVII əsrdə təsis olunub və həm Fransa, həm də xarici ölkə vətəndaşlarına bu ölkəyə verdikləri töhfə və göstərdikləri xidmətə görə verilir.

Son xəbərlər

Orphus sistemi