Yuxarı

​Fransanın Azərbaycandakı yeni səfirinin adı açıqlanıb

Hazırkı səfirin səlahiyyət müddəti oktyabrın sonunda başa çatır

Bakı. 30 sentyabr. REPORT.AZ/ Fransanın Azərbaycandakı yeni səfirinin adı açıqlanıb.

"Report" diplomatik mənbələrə istinadən xəbər verir ki, Fransanın Azərbaycandakı yeni səfiri Aureliya Buşez (Aurelia Bouchez) olacaq.

Hazırkı səfir Paskal Mönyenin səlahiyyət müddəti oktyabrın sonunda başa çatır.

A.Buşez 2012-ci ilin aprelindən Avropa İttifaqının Qazaxıstandakı nümayəndəliyinin rəhbəri, ondan əvvəl isə NATO baş katibi müavininin regional, iqtisadi və təhlükəsizlik məsələləri üzrə köməkçisi olub.

A.Buşez fransız, ingilis, rus və alman dillərini bilir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi