Bakı. 14 noyabr. REPORT.AZ/ Fransanın paytaxtı Parisdə noyabrın 13-də törədilən terror aktı ilə əlaqədar bu ölkənin Azərbaycandakı səfirliyində xatirə kitabı açılacaq.
Fransanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, xatirə kitabı noyabrın 16-da saat 3-də səfirliyin binasında (Rəsul Rza küç.,7) açılacaq.
Qeyd edək ki, Parisdə törədilən terror aktı nəticəsində 120-dən çox insan həlak olub.