Yuxarı
    Bağlamaq

    Fransanın Azərbaycandakı səfirliyində bayraqlar endirilib

    Parisdəki terror aktının qurbanlarının xatirəsi birdəqiqəlik sükutla yad ediləcək

    Bakı. 8 yanvar. REPORT.AZ/ Fransada matəm elan olunması ilə əlaqədar bu ölkənin Azərbaycandakı səfirliyində bayraqlar endirilib. Fransa səfirliyindən "Report"a bildirilib ki, bu gün Bakı vaxtı ilə saat 15:00-da (Paris vaxtı ilə saat 12.00-da) səfirlikdə  terror aktının qurbanlarının xatirəsi birdəqiqəlik sükutla yad ediləcək.

    Xatırladaq ki, Fransa prezidenti Fransua Olland  "Charlie Hebdo" satirik jurnalı redaksiyasında baş verən terror aktı nəticəsində ölənlərin xatirəsinə üçgünlük matəm elan edib.

    Jurnalın redaksiyasına hücum nəticəsində 12 nəfər ölüb, 10 nəfər yaralanıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi