Fransanın Azərbaycandakı səfiri Anjey Kaspşiklə qoşunların təmas xəttindəki vəziyyəti müzakirə edəcək

Fransanın Azərbaycandakı səfiri Anjey Kaspşiklə qoşunların təmas xəttindəki vəziyyəti müzakirə edəcək Paskal Monye ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ilə görüşəcək
Xarici siyasət
21 Noyabr , 2014 19:26
Fransanın Azərbaycandakı səfiri Anjey Kaspşiklə qoşunların təmas xəttindəki vəziyyəti müzakirə edəcək

Bakı. 21 noyabr. REPORT.AZ/ Fransanın Azərbaycandakı səfiri Paskal Monye ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiklə görüşəcək. "Report"un məlumatına görə, bu barədə jurnalistlərə Fransanın Azərbaycandakı səfiri açıqlama verib. O bildirib ki, görüş zamanı Ermənistan və Azərbaycan Silahlı Qüvvələrinin təmas xəttindəkı vəziyyət müzakirə ediləcək.

Qeyd edək ki, noyabrın 12-də Ermənistana məxsus "Mi-24" tipli hərbi vertolyot Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə hücum edərkən Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərqdə vurulub.

Son xəbərlər

Orphus sistemi