Fransalı vəkil: "Azərbaycan bütün çətinliklərin öhdəsindən gəlir"

Fransalı vəkil: "Azərbaycan bütün çətinliklərin öhdəsindən gəlir" Fransada sığınacaq hüququ, yəni qaçqın statusu almaq çox çətindir.
Xarici siyasət
25 Sentyabr , 2019 15:09
Fransalı vəkil: Azərbaycan bütün çətinliklərin öhdəsindən gəlir

"Fransada sığınacaq hüququ, yəni qaçqın statusu almaq çox çətindir". 

Bunu "Report"un Fransa bürosuna fransalı vəkil Jan-Emmanuel Medina bildirib.

Onun sözlərinə görə, Fransada qaçqın statusu almaq istəyən şəxsin və ailəsinin ölkəsində tühlükədə olması şərtdir: "Bu, onun dini əqidəsinə, cinsi oriyentasiyasına, siyasi fikirlərinə görə ola bilər. Hər halda həmin şəxsin həyatının təhlükədə olduğunu sübuta yetirməsi lazımdır. Bu baxımdan, Fransada qaçqın statusu almaq asan başa gəlmir. Bu gün Strasburqda yerləşən Fransa İmmiqrasiya və İnteqrasiya İdarəsində (OFİİ) qaçqın statusu almaq istəyənlərin sayı çoxdur. Ancaq onlardan yalnız ikisi bu statusu almağa nail olur". 

Hüquqşünas deyib ki, Fransada sığınacaq, yaxud qaçqın statusu almaq üçün müraciət edən şəxslərin işinə baxılması bəzən iki ilə qədər də uzana bilər: "Hazırda işini müdafiə etdiyim bir çeçen var. Bu şəxs ölkəsində qadın hüquqları uğrunda mübarizə apardığına görə təqiblərə məruz qalıb, hətta dinc durmayacağı təqdirdə "məhv edəcəkləri"ni deyiblər. Ancaq onun əlində bununla bağlı rəsmi sənəd, məktub yoxudur. Ona görə də həmin şəxsin vəziyətinin, həqiqətən də, təhlükədə olduğunu sübut etmək lazımdır. Ümumiyyətlə, ciddi problemlərin olmadığı ölkələrdən gələn qaçqınlara Fransada sığınacaq almaq olduqca çətindir. Sığınacaq üçün müraciətlərə baxılarkən müəyyən insanlara daha artıq üstünlük verilir. 2005-2010-cu illər ərzində Çeçenistanda baş verən kütləvi repressiyalar dövründə gələn qaçqınlar Fransada asanlıqla sığınacaq ala bilirdilər". 

Jan-Emmanuel Medina qeyd edib ki, dünyada xeyli sayda qadın zorakılığa məruz qalır: "Ölkəsində bu cür ciddi problemlər olmayan insanların Fransada qaçqın statusu alması olduqca çətindir. Azərbaycan hökuməti isə bütün çətinliklərin öhdəsindən gəlir". 

"Bildiyiniz kimi, Fransada uyğun qurumdan müraciətinə mənfi cavab verilən şəxslərə ölkəni tərk etmələri haqqında göstəriş göndərilir. Ancaq unutmaq lazım deyil ki, bu insanlar da Fransaya gəlib yerləşiblər, uşaqları burada məktəbə gedir, özləri və ailə üzvləri sosial mühitə öyrəşiblər. Onların yeganə çıxış yolu vəkilləri ilə əlaqə saxlayıb məhkəməyə müraciət etmək və qərara etiraz bildirməkdir. Ancaq bu da olduqca çətin prosedurdur. Düzdür, qərara etiraz edənlər sayca çox olsalar da, onun ləğvinə nail olanların sayı çox azdır", - deyə vəkil vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi