"
"Report"un Fransa bürosu xəbər verir ki, bu sözləri Azətbaycanın Fransadakı səfirliyinin və UNESKO yanındakı daimi Nümayəndəliyinin birgə təşkilatçılığı ilə Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş anım mərasimində fransalı senator Natali Qule bildirib.
Senator Azərbaycanı 20 ildən artıq müddətdir tanıdığını, ölkəmizlə dostluğunun uzun illəri əhatə etdiyini, Azərbaycan parlamentinin ordenini böyük şərəflə üzərində gəzdirdiyini qeyd edib. Azərbaycanın bügünkü inkişafından danışan senator deyib: "Azərbaycan Qafqazda bizim tərəfdaşımızdır. Bunu heç vaxt unutmayaq. Azərbaycan sabitliyin mərkəzidir. Heydər Əliyevin uzaqgörən siyasəti artıq öz nəticələrini verir. Bu gün tanıdığımız Azərbaycan 20 il bundan əvvəlki Azərbaycandan tamamilə fərqlidir. Azərbaycanın etdiyi inkişafı yaxından öyrənmək lazımdır. Bu inkişaf bütün ölkəni əhatə edir".
Natali Qule
Azərbaycan-Fransa əlaqələrindən danışan senator əlavə edib: "Fransa Azərbaycana münasibətə daha diqqətcil olmalıdır. Azərbaycanla bəzən beynəlxalq mətbuatda layiq olduğu kimi rəftar olunmayıb. Bu gün Azərbaycan Fransada özünə yer edə bilib. Fransada hamı Azərbaycana hörmət edir. Bunlar hamısı Heydər Əliyevin özəyini qoyduğu uğurlu siyasətin nəticəsində mümkün olub".
Senator bu gün Heydər Əliyev irsinin etibarlı əllərdə olduğunu bildirib: "Prezident