Fransalı politoloq: "Ermənistanın dirçəlişi Azərbaycanla sülh müqaviləsi imzalamasından keçir"

Fransalı politoloq: "Ermənistanın dirçəlişi Azərbaycanla sülh müqaviləsi imzalamasından keçir" "Lakin bu doktrina ona çox baha başa gəldi"
Xarici siyasət
111
31 Mart , 2021 17:06
Fransalı politoloq: Ermənistanın dirçəlişi Azərbaycanla sülh müqaviləsi imzalamasından keçir
Maksim Qoən

"Ermənistan qonşu ölkələrlə münasibətlərini tezliklə yoluna qoymalı, dinc siyasət yürütməlidir. Əks halda, immiqrasiyanın güclü olduğu bu ölkənin əhalisi kəskin surətdə azala və ermənilərin bu ərazilərdə bundan sonra da qalıb yaşamaları sual altına düşə bilər".

Bu fikirləri "Report"un yerli bürosuna açıqlamasında fransalı politoloq, tarixçi Maksim Qoən (Maxime Gauin) bildirib.

Onun sözlərinə görə, Ermənistanın Azərbaycanla müharibəyə girmək qərarı bu ölkəyə çox baha başa gəldi: "Nikol Paşinyan Azərbaycanla münasibətlərdə mövqeyini tez-tez dəyişən bir obrazdır. Hakimiyyətə gəlməmişdən əvvəl Dağlıq Qarabağı boşaltmağı, Ermənistanın bu torpaqlarda heç bir hüququnun olmadığını bildirmişdi. Lakin hakimiyyətə gəldikdən sonra özündən əvvəlki lərindən də artıq millətçi mövqe nümayiş etdirdi. Ermənistanın işğal etdiyi torpaqlar üçün yeni doktrina və yeni müharibə təklif etdi. Lakin bu doktrina ona çox baha başa gəldi. Hakimiyyəti təhlükə altına düşdü, döyüş meydanında gülünc vəziyyətdə qaldı".

M.Qoən deyib ki, Ermənistanda vaıideynlər bundan sonra öz övladlarını müasir standartlara uyğun gəlməyən silah-sursatla təchiz olunmuş ordunun tərkibində Azərbaycanın sayca çox və daha mütəşəkkil təlim keçmiş ordusu ilə döyüşə göndərmək niyyətində deyillər: "Nəhayət, Paşinyan tərəflər arasındakı böyük güc fərqinin olduğunun fərqinə varıb. Bunun üçün ona iki il vaxt lazım oldu. O, Azərbaycan Ordusunun gücünü və müasir silahlardan yararlanmaq qabiliyyətini düzgün qiymətləndirmədiyini başa düşüb. Bundan başqa, Paşinyan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın verdiyi sözün üstündə duracağını da nəzərdən qaçırmışdı. Türkiyənin dövlət başçısı bu münaqişədə Azərbaycanı dəstəkləyəcəyinə söz vermişdi və sonadək sözünün üstündə də durdu. Bu gün Paşinyan kimi, onun seçiciləri də üçüncü müharibənin əleyhinədirlər. Onlar öz övladlarını Azərbaycan hərbçiləri ilə döyüşə göndərmək niyyətində deyillər. Lakin təəsüflər olsun ki, Ermənistanda müxalifət nümayəndələri real vəziyyəti hələ də düzgün qiymətləndirə bilməyiblər".

Fransalı politoloq vurğulayıb ki, Azərbaycanla sülh müqaviləsi imzalaması Ermənistanın iqtisadi dirçəlişinə səbəb ola bilər: "Görəsən, Paşinyan yolun sonunadək gedərək sülh müqaviləsi imzalayacaqmı? Çünki yolun sonu sülh müqaviləsi, ikitərəfli əlaqələrin yaradılmasıdır. Bu yol Ermənistanın iqtisadi infkişafı üçün vacibdir. Əks halda Ermənistanda immiqrasiya daha da artacaq, ölkə əhalisi kəskin surətdə azalacaq. Əgər Ermənistan son 30 ildəki siyasətindən əl çəkməsə, nə Azərbaycan, nə də Türkiyə özünü düşmən ölkə kimi aparan bir dövləti regional layihələrə daxil etməyə razı olmayacaq".

M.Qoən Fransadakı erməni diasporunun bugünkü fəaliyyətinə də toxunub: "2011-ci ildən etibarən Fransada erməni diasporunun fəaliyyyəti böyük dəyişiklərə uğrayıb. Belə ki, onlar ötən əsrin 80-90-cı illərində olduğu kimi, minlərlə insanı öz ətrafına yığmağa artıq nail olmurlar və getdikcə zəifləyirlər. Lakin azalsalar da, hələlik aralarında özünü yalnız bu fəaliyyətə həsr edənlər var. Bu insanların əsas işi Fransa mətbuatına yol tapmaqdır. Onlar Türkiyənin adına ləkə gətirə biləcək bütün mövzulardan istifadə edərək böhtan xarakterli fikirlər yaymağa çalışırlar. Eyni zamanda Azərbaycan haqqında mənfi fikirlər yaymaqla məşğul olurlar. Onlar bu yolla Fransadakı ermənilərin milli kimliyini qoruduqlarını düşünürlər".

Son xəbərlər

Orphus sistemi