Fransalı hüquqşünaslar Gəncəyə səfər edib

Fransalı hüquqşünaslar Gəncəyə səfər edib Qonaqlar erməni terroru nəticəsində həlak olanların ruhuna hörmət əlaməti olaraq əraziyə güllər düzüblər
Xarici siyasət
22 Aprel , 2021 17:50
Fransalı hüquqşünaslar Gəncəyə səfər edib

Fransalı hüquqşünaslar Ermənistanın Vətən müharibəsi zamanı Gəncə şəhərində törətdiyi cinayətin baş verdiyi ərazidə olublar.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, Yassine Yakouti və Elise Arfi yerli rəsmi nümayəndələrin müşayiəti ilə Gəncə şəhərinə işgüzar səfər ediblər.

Qonaqlar erməni terroru nəticəsində həlak olanların ruhuna hörmət əlaməti olaraq əraziyə güllər düzüblər.

Qeyd edək ki, fransalı hüquqşünaslar Gəncə şəhərindən öncə işğaldan azad olunan Ağdam rayonunda olublar.

Son xəbərlər

Orphus sistemi