Gələn ay Fransadan Azərbaycana böyük nümayəndə heyəti gələcək

Gələn ay Fransadan Azərbaycana böyük nümayəndə heyəti gələcək Fransada Azərbaycanın Dostları Assosiasiyasının (FADA) üzvləri iyunun 9-da Azərbaycana səfər edəcəklər.
Xarici siyasət
6 May , 2019 12:38
Gələn ay Fransadan Azərbaycana böyük nümayəndə heyəti gələcək

Fransada Azərbaycanın Dostları Assosiasiyasının (FADA) üzvləri iyunun 9-da Azərbaycana səfər edəcəklər. 

"Report"un Fransa bürosu xəbər verir ki, səfər tanışlıq xarakteri daşıyır. 

Fransa nümayəndə heyətinə deputatlar, iş adamları, mədəniyyət və incəsənət xadimləri və digər şəxslər daxildir.  

Qonaqlar səfər çərçivəsində Azərbaycanın zəngin tarixi, maddi-mədəniyyət ocaqları, incəsənəti, füsunkar təbiəti ilə yaxından tanış olacaqlar. Onların Şəkiyə, Qobustana, Qəbələyə səfərləri də nəzərdə tutulub. 

Səfər Azərbaycanla Fransa arasında turizm əlaqələrinin yaxınlaşmasına, iki xalq arasında dostluq bağlarının möhkəmlənməsinə xidmət edəcək.

Səfər iyunun 16-da başa çatacaq. 

Xatırladaq ki, FADA Azərbaycanla əyani tanış olmağı arzulayan yeni üzvləri üçün ildə bir dəfə tanışlıq səfəri təşkil edir. 

Son xəbərlər

Orphus sistemi