Fransada Heydər Əliyevin xatirəsi anılıb

Fransada Heydər Əliyevin xatirəsi anılıb Fransanın paytaxtı Parisdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş anım gecəsi keçirilib.
Xarici siyasət
11 May , 2022 01:51
Fransada Heydər Əliyevin xatirəsi anılıb

Fransanın paytaxtı Parisdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş anım gecəsi keçirilib.

"Report"un Fransa bürosu xəbər verir ki, ulu öndərin xatirəsi Azərbaycanın Fransadakı səfirliyinin təşkilatçılığı ilə Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində yad edilib.

Tədbirdə Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev və ölkəmizin UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev, Fransanın respublikamızdakı ilk səfiri Jan Perən, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, fransalı professorlar, jurnalistlər və digər şəxslər iştirak ediblər.

Tədbirdə çıxış edən R.Mustafayev Heydər Əliyevin Azərbaycan ölkəmizin iqtisadiyyatının, sosial həyatının və mədəniyyətinin inkişafında atdığı qətiyyətli addımlardan söz açıb. Diplomat qeyd edib ki, fəal xarici siyasəti sayəsində Heydər Əliyev Azərbaycanı nüfuzlu regional aktora və Avropanın enerji təhlükəsizliyini təmin edən ölkəyə çevirib, ölkəmizin dünya dövlətləri ilə balanslaşdırılmış münasibətlərini qurub.

Elman Abdullayev çıxışında Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyə gəlməsi ilə ölkəmizin iqtisadi tənəzzüldən, parçalanmaq, məhv olmaq təhlükəsindən xilas olduğunu qonaqların diqqətinə çatdırıb. O bildirib ki, ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi islahatlar konsepsiyası Azərbaycanın inkişafını şərtləndirən əsas faktordur.

Fransanın Azərbaycanda ilk səfiri olmuş Jan Perən ümummilli liderin xalq arasındakı nüfuzu, müdrik siyasəti, vəziyyəti qısa zamanda təhlil edib problemləri çözmək bacarığından danışıb və yaddaşında həkk olunmuş unudulmaz xatirələri qonaqlarla bölüşüb.

Tədbirin rəsmi hissəsindən sonra qonaqlara azərbaycan musiqilərindən ibarət “İthaf” adlı konsert proqramı təqdim olunub. Azərbaycan xalq mahnıları “Sarı gəlin”, “Qara qaşın nəğməsi”, “Küçələrə su səpmişəm”, Üzeyir Hacıbəyli, Fikrət Əmirov və digər bəstəkarların musiqilərini pianoda Etibar Əsədli, kontrabasda Samüel Fhima, zərb alətlərində Martən Vengermee ifa ediblər.

Son xəbərlər

Orphus sistemi