Fransa səfirliyi “Günəşli" yatağında baş vermiş faciə ilə bağlı başsağlığı verib

Fransa səfirliyi “Günəşli" yatağında baş vermiş faciə ilə bağlı başsağlığı verib "Biz hadisənin təsirinə məruz qalmış insanlara və onların ailələrinə başsağlığı və səbr diləyirik"
Xarici siyasət
7 Dekabr , 2015 09:09
Fransa səfirliyi “Günəşli yatağında baş vermiş faciə ilə bağlı başsağlığı verib

Bakı. 7 dekabr. REPORT.AZ/ Fransanın Azərbaycandakı səfirliyi “Günəşli" yatağında baş vermiş qəza nəticəsində insanların həlak olması ilə bağlı başsağlığı bəyanatı yayıb. "Report"un xəbərinə görə, səfirliyin açıqlamasında deyilir: "Biz Xəzər dənizindəki neft platformasında baş vermiş qəza hadisəsi haqqında aldığımız xəbərin kədərini yaşayırıq. Biz hadisənin təsirinə məruz qalmış insanlara və onların ailələrinə başsağlığı və səbr diləyirik". 

Xatırladaq ki, dekabrın 4-də saat 17:40 radələrində güclü tufan nəticəsində “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılmış, boru kəməri zədələnmiş və yanğın baş vermişdir. Xilasetmə əməliyyatı nəticəsində 33 nəfər xilas edilib. 1 nəfər neftçinin cəsədi ailəsinə təhvil verilib, 29 nəfərin axtarışı davam etdirilir.

Son xəbərlər

Orphus sistemi