Fransa səfiri Nitsadakı terror hücumundan sonra göstərdiyi dəstəyə görə Azərbaycana təşəkkür edib

Fransa səfiri Nitsadakı terror hücumundan sonra göstərdiyi dəstəyə görə Azərbaycana təşəkkür edib Buşe: "Bu, münasibətlərimizin, dostluğumuzun göstəricisidir"
Xarici siyasət
18 İyul , 2016 16:15
Fransa səfiri Nitsadakı terror hücumundan sonra göstərdiyi dəstəyə görə Azərbaycana təşəkkür edib

Bakı. 18 iyul. REPORT.AZ/ "Azərbaycan Fransadakı terror hücumuna dərhal hökumət və adi vətəndaşlar səviyyəsində reaksiya verdi. Demək olar ki, səfirliyə dəstəklə bağlı dərhal müraciətlər gəlməyə başladı".

Bunu "Report"a açıqlamasında Fransanın Azərbaycandakı səfiri Aureliya Buşe deyib.

"Deyirlər, dost dar gündə tanınar. Biz Azərbaycanda bunun şahidi olduq. Prezident İlham Əliyev, onun həyat yoldaşı və digər rəsmi şəxslər dəstəklərini nümayiş etdirdi. Buna görə Azərbaycana təşəkkür edirəm. Bu, münasibətlərimizin, dostluğumuzun, multikulturalizm və dini fanatizmə qarşı mübarizədə əlaqələrimizin göstəricisidir", - deyə səfir bildirib.

Səfirin sözlərinə görə, Fransa təhdidlərdən qorxmur: "Nitsadakı terror hücumunun istintaq davam edir. Fransa təslim olmayacaq və terrorizmə qarşı mübarizəni davam etdirəcək".

Xanım səfir bu gün yerli vaxtla 12:00-da Fransada və bu ölkənin dünyadakı səfirliklərində Nitsa terror aktının qurbanları bir dəqiqəlik sükutla anıldığını söyləyib.

Son xəbərlər

Orphus sistemi