​Fransa səfiri Azərbaycan xalqına başsağlığı verib

​Fransa səfiri Azərbaycan xalqına başsağlığı verib “Paytaxtdakı binada baş vermiş faciəvi yanğın xəbərindən sarsıldıq”
Xarici siyasət
20 May , 2015 13:21
​Fransa səfiri Azərbaycan xalqına başsağlığı verib

Bakı. 20 may. REPORT.AZ/ Fransanın Azərbaycandakı səfiri Paskal Monye mayın 19-da Bakı şəhərinin Binəqədi rayonunda baş verən yanğın hadisəsi ilə bağlı başsağlığı verib. Bu barədə “Report”a səfirliyin mətbuat xidmətindən bildirilib.

“Paytaxtdakı binada baş vermiş faciəvi yanğın xəbərindən sarsılaraq, Fransanın Azərbaycandakı səfiri və səfirliyin əməkdaşları qurbanların yaxınlarına və Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirlər”, - açıqlamada qeyd olunub.

Son xəbərlər

Orphus sistemi