Fransa parlamentinin deputatları Azərbaycana gələcəklər

Fransa parlamentinin deputatları Azərbaycana gələcəklər Paris. 18 oktyabr. REPORT.AZ/ Fransa parlamentinin deputatları gələn həftə Azərbaycana gələcəklər.
Xarici siyasət
110
18 Oktyabr , 2018 16:02
Fransa parlamentinin deputatları Azərbaycana gələcəklər
0 : 00
0 : 00

Paris. 18 oktyabr. REPORT.AZ/ Fransa parlamentinin deputatları gələn həftə Azərbaycana gələcəklər.

"Report"un Qərbi Avropa bürosu xəbər verir ki, nümayəndə heyətinə Andre Vilye, Bertran Sor, Jan-Lük Reitzer və digər deputatlar daxildir. 

Onlar Bakıda keçiriləcək VI Humanitar Forumda iştirak edəcəklər.

Fransa parlamentində Fransa-Azərbaycan Dostluq qrupunun üzvü Andre Vilye “Report“a bildirib ki, fransalı deputatların Azərbaycana bu səfəri iki ölkə arasında yüksək səviyyədə inkişaf edən ikitərəfli münasibətlərin daha da möhkəmlənməsinə imkan yaradacaq.

Qeyd edək ki, VI Bakı Beynəlxalq Humanitar forumu oktyabrın 25-26-da baş tutacaq.  

Son xəbərlər

Orphus sistemi