"Frans Press" Azərbaycan səfirinin müsahibəsini yaymaqdan imtina edib

"Frans Press" Azərbaycan səfirinin müsahibəsini yaymaqdan imtina edib Rəhman Mustafayev Laurasın özünə və Oliver adlı bir nəfərin elektron poçt ünvanına göndərdiyi materialları da paylaşıb
Xarici siyasət
9 Noyabr , 2020 12:26
Frans Press Azərbaycan səfirinin müsahibəsini yaymaqdan imtina edib
Rəhman Mustafayev

Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev Frans Press Agentliyinə (“Agence France Presse”) və “Le Fiqaro” qəzetinə etiraz edib.

“Report” xəbər verir ki, səfir bu barədə tvitter səhfəsində yazıb.

“Müsahibəmi yaymaqdan imtina edən “Agence France Presse” və müxbir Didier Laurasa ar olsun. Bizə söz verməkdən və məqalələrimizin dərcindən imtina edən “Le Fiqaro”ya, belə mövqe tutan başqa KİV-ə də ayıb olsun. Fransada özünüifadə və söz azadlığı belə olur”,- səfir tvitter hesabında yazıb.

Rəhman Mustafayev Laurasın özünə və Oliver adlı bir nəfərin elektron poçt ünvanına göndərdiyi materialları da paylaşıb.

Son xəbərlər

Orphus sistemi