Filippinin dövlət başçısı Azərbaycan Prezidentinə təbrik məktubu göndərib

Filippinin dövlət başçısı Azərbaycan Prezidentinə təbrik məktubu göndərib Filippin Respublikasının Prezidenti Rodriqo Roa Duterte Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Xarici siyasət
25 May , 2020 16:45
Filippinin dövlət başçısı Azərbaycan Prezidentinə təbrik məktubu göndərib

Filippin Respublikasının Prezidenti Rodriqo Roa Duterte Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Report" xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri.

Milli bayramınız - Respublika Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram.

Biz Azərbaycan xalqının hər birimizin paylaşdığı və əziz tutduğu müstəqillik, azadlıq və suverenlik kimi dəyərləri təntənə ilə qeyd etməsinə qoşuluruq. Qoy, bu gün Sizin həmrəy, etibarlı və firavan ölkənizin quruculuğuna dəyərli töhfə olsun.

Zati-aliləri, Sizə ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Son xəbərlər

Orphus sistemi