Fikrət Məmmədov Beynəlxalq Prokurorlar Assosiasiyasının rəhbərliyi ilə görüşüb

Fikrət Məmmədov Beynəlxalq Prokurorlar Assosiasiyasının rəhbərliyi ilə görüşüb Ədliyyə naziri Azərbaycanın assosiasiya ilə sıx əməkdaşlıq etdiyini bildirib
Xarici siyasət
2 May , 2017 16:38
Fikrət Məmmədov Beynəlxalq Prokurorlar Assosiasiyasının rəhbərliyi ilə görüşüb

Bakı. 2 may. REPORT.AZ/ Ədliyyə naziri, Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) senatoru və fəxri üzvü Fikrət Məmmədov Azərbaycanda səfərdə olan BPA-nın baş katibi Han Moraal və icraçı direktoru Yanne Holst Hübnerlə görüşüb.

Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, nazir Azərbaycanın assosiasiya ilə sıx əməkdaşlıq etdiyini bildirib.

Görüşdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda məhkəmə sistemində, ədliyyə və prokurorluq orqanlarında aparılan islahatlar və yeniliklər müzakirə olunub. 

Qonaq Azərbaycanın BPA ilə uğurlu əməkdaşlığını, uzun illər assosiasiyanın işinə verdiyi dəyərli töhfələrini, güclü dəstəyini və fəal təmsilçiliyini qeyd edib. Həmçinin, qarşılıqlı fəaliyyətin bundan sonra da uğurla davam etdiriləcəyini bildirərək gələn il BPA-nın İcraiyyə Komitəsinin iclasının Bakıda yüksək səviyyədə təşkil olunacağına əminliyini söyləyib.

Tədbirdə assosiasiyanın İcraiyyə Komitəsinin Azərbaycandan olan üzvü, baş prokurorun müavini, Korrupsiyaya qarşı mübarizə baş idarəsinin rəisi Kamran Əliyev iştirak edib.

Qonaqlar nazirlikdə Ədliyyə Tarixi Muzeyi ilə tanış olublar.

BPA-nın yüksək rəsmilərinin, həmçinin bölgələrdə yeni inşa olunan müasir məhkəmə binaları ilə tanış olması nəzərdə tutulub. 

Son xəbərlər

Orphus sistemi