Azərbaycanın yanğınsöndürənlərinin növbəti qrupu Dənizli şəhərinə çatıb

Azərbaycanın yanğınsöndürənlərinin növbəti qrupu Dənizli şəhərinə çatıb Məlumat verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycan Fövqəladə Hallar Nazirliyinin növbəti yanğın-xilasetmə qrupu hazırda qardaş Türkiyə Respublikasındadır.
Xarici siyasət
3 Avqust , 2021 22:48
Azərbaycanın yanğınsöndürənlərinin növbəti qrupu Dənizli şəhərinə çatıb

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq yanğın-xilasetmə qüvvələrinin növbəti qrupu qardaş Türkiyədə yanğınların baş verdiyi ərazilərə çatıb.

"Report"un Türkiyəyə ezam olunmuş əməkdaşının xəbərinə görə, quru yolla qardaş ölkəyə gedən Azərbaycan FHN əməkdaşları hazırda Dənizli şəhərindədir.

Burada FHN əməkdaşlarını Türkiyənin rəsmi şəxsləri ilə yanaşı, Azərbaycan fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev qarşılayıb.

Azərbaycan FHN əməkdaşları hazırda yanğınların baş verdiyi ərazilərə cəlb edilib. Yanğınsöndürənlər yanğınların söndürülməsi istiqamətində tədbirlər görür.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə FHN-nin müvafiq yanğınsöndürmə qüvvələrinin 100 nəfər əməkdaşından ibarət ilk qrup iyulun 30-da Türkiyəyə yola düşüb.

İyulun 31-də isə Türkiyəyə daha bir qrup yola düşüb. Bu yanğın-xilasetmə qrupuna 1 ədəd helikopter, 54 ədəd texnika - yanğınsöndürmə və xilasetmə avtomobili, həmçinin 252 nəfər şəxsi heyət daxildir.

22:43

Məlumat verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin (FHN) növbəti yanğın-xilasetmə qrupu hazırda qardaş Türkiyə Respublikasındadır.

FHN-dən "Report"a bildirilib ki, bu gün axşam saatlarında qrup təyinat məntəqəsinə doğru irəliləyərkən Denizli bölgəsində meşədə qəfil yanğın ocaqlarının yaranması və ətraf ərazilər üçün ciddi təhlükə törətməsi səbəbindən qrupun hərəkət istiqamətinin dəyişdirilərək operativ qaydada Denizli istiqamətinə yönəldilməsi qərara alınıb.

Denizlidə yaranmış yanğın ocaqlarına çevik müdaxilə edən yanğın-xilasetmə qrupumuz hazırda həmin ərazidə yanğınların söndürülməsi əməliyyatlarını icra edir.

Ərazidə qüvvələrin fəaliyyətinin koordinasiya edilməsi və qarşılıqlı əlaqənin təmin edilməsi məqsədilə fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev hazırda Denizlidədir.

Son xəbərlər

Orphus sistemi