FHN-in növbəti yanğın-xilasetmə qrupu Türkiyəyə doğru hərəkət edir

FHN-in növbəti yanğın-xilasetmə qrupu Türkiyəyə doğru hərəkət edir Məlumat verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin mü
Xarici siyasət
1 Avqust , 2021 13:47
FHN-in növbəti yanğın-xilasetmə qrupu Türkiyəyə doğru hərəkət edir

Məlumat verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq yanğın-xilasetmə qüvvələrinin növbəti qrupu dünən axşam saatlarında qardaş Türkiyə Respublikasına yola düşüb.

Fövqəladə Hallar Nazirliyindən "Report"a bildirilib ki, hazırda qrup qonşu Gürcüstan ərazisində Türkiyəyə doğru hərəkət edir.

Son xəbərlər

Orphus sistemi