Fərid Şəfiyev: "Ermənistan Azərbaycanın təkliflərini qəbul edərsə, sülh tezliklə mümkün olacaq"

Fərid Şəfiyev: "Ermənistan Azərbaycanın təkliflərini qəbul edərsə, sülh tezliklə mümkün olacaq" Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev sülh müqaviləsi ilə bağlı Azərbaycanın təkliflərinin Ermənistana təqdim olunduğunu bildirib və əlavə edib ki, bundan sonra məsələ Ermənistandan asılıdır.
Xarici siyasət
27 dekabr 2023 08:36
Fərid Şəfiyev: Ermənistan Azərbaycanın təkliflərini qəbul edərsə, sülh tezliklə mümkün olacaq
Fərid Şəfiyev

Sülhlə bağlı Azərbaycanın təklifləri Ermənistana təqdim olunub, bundan sonra sülh müqaviləsinin imzalanması artıq Ermənistandan asılıdır.

Bunu “Report”a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.

“Bizim təkliflərimiz Ermənistana təqdim olunub”, - deyə o qeyd edib.

F. Şəfiyev vurğulayıb ki, Ermənistan Azərbaycanın təklifini qəbul edərsə, müqaviləni tezliklə imzalamaq mümkün olacaq: “Ermənistan parlamentinin spikeri Alen Simonyan dünən qeyd edib ki, iki tərəf sülh müqaviləsini imzalamağa yaxındır. Bu, o deməkdir ki, yəni ola bilsin, doğrudan da onlar Azərbaycanın təkliflərini qəbul edirlər. Amma yenə deyirəm, Azərbaycan təklifi verib, indi bir çox şey Ermənistandan asılıdır, onlar qəbul etsələr, biz sülh müqaviləsini tezliklə imzalaya biləcəyik. Amma iş uzanarsa, bu barədə dəqiq vaxt demək çətindir”.

Son xəbərlər

Orphus sistemi