Fərid Cəfərli Türkiyədəki azərbaycanlı tələbə və gənc fəallarla görüşüb

Fərid Cəfərli Türkiyədəki azərbaycanlı tələbə və gənc fəallarla görüşüb Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərli Türkiyəyə səfəri çərçivəsində azərbaycanlı tələbələr və gənc fəallarla görüş keçirib.
Xarici siyasət
29 Aprel , 2022 18:19
Fərid Cəfərli Türkiyədəki azərbaycanlı tələbə və gənc fəallarla görüşüb

Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərli Türkiyəyə səfəri çərçivəsində azərbaycanlı tələbələr və gənc fəallarla görüş keçirib.

"Report"un yerli bürosu xəbər verir ki, görüşə İstanbulda və qardaş ölkənin ən müxtəlif ali təhsil ocaqlarında təhsil alan və aktiv ictimai fəaliyyətlər göstərən 30-dan çox azərbaycanlı gənc qatılıb.

Görüş zamanı, Azərbaycan gənclərinin Türkiyədə və digər xarici ölkələrdə keçirilən təcrübə proqramlarında iştirak etməsi üçün Azərbaycan Gənclər Fondunun layihələrindən danışan Fərid Cəfərli, gəncləri maraqlandıran bir çox məsələlər haqqında onlarla fikir mübadiləsi aparıb.

Müasir innovasiyalar sahəsində maraqlı olan gənclər üçün Azərbaycan Gənclər Fondunun startap layihələrindən bəhs olunub.

Müzakirələr çərçivəsində gənclər üçün iş və təcrübə proqramları, müxtəlif formatda inkişaf platformaları təklif edilib.

Fondun icraçı direktoru gənclərin intellektual qüvvəsini artırmaq üçün Azərbaycanın beynəlxalq aləmdə maraqları çərçivəsində özlərini inkişaf etdirməsinin vacibliyini və bu istiqamətdə Azərbaycan Gənclər Fondunun təklif etdiyi imkanları da vurğulayıb.

Son xəbərlər

Orphus sistemi