Yuxarı
    Bağlamaq

    ​Fələstin səfirliyi Azərbaycan XİN-ə nota ilə müraciət edib

    “İrəvanda Fələstin səfirliyinin açılması barəsində niyyətin olmadığı təsdiq olunub”

    Bakı. 25 avqust. REPORT.AZ/ Fələstin Dövlətinin Bakıdakı səfirliyi Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) nota ilə müraciət edərək Ermənistanın “Zhamanak Daily” xəbər agentliyinin Fələstinin Böyük Britaniyadakı erməni əsilli səfirinin “East Magazine”nə (Vostok) verdiyi müsahibəsinə istinadən yaxın gələcəkdə İrəvanda Fələstin səfirliyinin açılacağı barəsində yaydığı xəbərinin yalan olduğunu bildirib. Bu barədə “Report”a Azərbaycan XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

    Notada qeyd olunur ki, bu xəbər “Zhamanak Daily” və ona istinadən Azərbaycanın bəzi xəbər portallarında çıxan zaman Fələstin Dövlətinin Bakıdakı səfirliyi Fələstin Prezident Administrasiyası və Xarici İşlər Nazirliyi ilə əlaqə saxlayıb və hər iki qurum tərəfindən bu xəbərin yalan olduğu və ümumiyyətlə, İrəvanda Fələstin səfirliyinin açılması barəsində niyyətin olmadığı təsdiq edilib.

    “Ermənistan KİV-nin ölkəmizin xarici, müdafiə və təhlükəsizlik siyasətinə xələl gətirmək məqsədi ilə bir çox hallarda qəsddən dezinformasiya və təxribat xarakterli məlumatlar yaydıqlarını nəzərə alaraq, bəzi yerli kütləvi informasiya vasitələrinə dəqiqləşdirmə və yoxlama aparmadan bu kimi xəbərlərin yayılmasından çəkinməyi tövsiyə edirik”, - Hacıyev bildirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi