Fələstin səfirliyi Azərbaycan xalqına başsağlığı verib

Fələstin səfirliyi Azərbaycan xalqına başsağlığı verib "Acı hadisə ilə əlaqədar olaraq Fələstinin səfirliyi Fələstin xalqı əvəzindən ən səmimi və dərin hüznlə başsağılığı verir və kədərinizi bölüşür"
Xarici siyasət
20 May , 2015 11:52
Fələstin səfirliyi Azərbaycan xalqına başsağlığı verib

Bakı. 20 may. REPORT.AZ/ Fələstinin Bakıdakı səfirliyi mayın 19-da Bakının Binəqədi rayonunda baş verən yanğınla bağlı Azərbaycan xalqına başsağlığı verib. Bu barədə "Report"a Fələstin səfirliyindən məlumat verilib. 

"Qardaş Azərbaycan xalqına üz verən faciə xəbərini dərin kədər və hüznlə aldıq. Yanğın nəticəsində ölən və yaralananlar olub. Acı hadisə ilə əlaqədar olaraq Fələstinin səfirliyi Fələstin xalqı əvəzindən ən səmimi və dərin hüznlə başsağılığı verir və kədərinizi bölüşür. Allahdan ölənlərə rəhmət, yaxınlarına səbr və təmkin arzulayır, yaralılara isə tez bir zamanda şəfa diləyirik. Allah Rəhimli və Mərhəmətlidir", - deyə səfirliyin başsağlığında deyilir. 

Son xəbərlər

Orphus sistemi