Federika Mogerini: "Azərbaycanın Avropa İttifaqının güclü ticarət müttəfiqi olmaq üçün potensialı var"

Federika Mogerini: "Azərbaycanın Avropa İttifaqının güclü ticarət müttəfiqi olmaq üçün potensialı var" "Avropa İttifaqı Azərbaycan üçün ən iri investordur"
Xarici siyasət
29 Fevral , 2016 20:05
Federika Mogerini: Azərbaycanın Avropa İttifaqının güclü ticarət müttəfiqi olmaq üçün potensialı var

Bakı. 29 fevral. REPORT.AZ/ "Azərbaycanın Avropa İttifaqının güclü ticarət müttəfiqi olmaq üçün potensialı var".

"Report" xəbər verir ki, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla birgə keçirdiyi mətbuat konfransında deyib.

O, Azərbaycan və Aİ-nin güclü ticarət əlaqələrinə malik olduğunu, Aİ-nin Azərbaycan üçün ən iri investor olduğunu vurğulayıb.

Aİ-nin ali nümayəndəsi həmçinin Azərbaycanın Ümümdünya Ticarət Təşkilatına üzv olmasıyla bağlı danışıqların səmərəli olacağına ümidvar olduğunu bildirib.

Son xəbərlər

Orphus sistemi