​Federika Mogerini: "Aİ Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir"

​Federika Mogerini: "Aİ Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir" "Münaqişənin status-kvosu qeyri-sabitdir"
Xarici siyasət
29 Fevral , 2016 20:28
​Federika Mogerini: Aİ Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir

Bakı. 29 fevral. REPORT.AZ/ "Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir".

"Report"un verdiyi xəbərə görə, bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarovla keçirdiyi birgə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqı Dağlıq Qarabağı tanımır.

"Münaqişənin status-kvosu qeyri-sabitdir", - deyə F.Mogerini qeyd edib. O, tərəfləri münaqişəni danışıqlar və sülh yolu ilə həll etməyə çağırıb və bildirib ki, Dağlıq Qarabağ məsələsi Aİ üçün prioritet olaraq qalır.

Aİ-in ATƏT-in Minsk qrupunun münaqişənin nizamlanması istiqamətində göstərdiyi səyləri dəstəklədiyini deyən F.Mogerini tərəflər arasında qarşılıqlı inamın yaranmasının vacibliyini qeyd edib.  

Son xəbərlər

Orphus sistemi